Azərbaycanın “Silk Way West Airlines” şirkəti (“Silk Way Airlines” yükdaşıma şirkətinin törəmə strukturu - İF-Az) ABŞ-ın Nəqliyyat Nazirliyindən Bakı-Nyu-York marşrutu üzrə müntəzəm və çarter reysləri həyata keçirmək üçün icazə alıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
“Silk Way West” Avropa, Yaxın Şərq və Asiyadakı təyinat nöqtələrinə müntəzəm aviareyslərin həyata keçirilməsi üzrə ixtisaslaşıb. Hazırda şirkət 3 ədəd “Boeing 747-400F”, 2 ədəd “Boeing 747-8F” və 2 ədəd “Boeing 767-300F” tipli hava gəmisini istismar edir.
Mənzil qərargahı Bakıda yerləşən “Silk Way Airlines” şirkəti 50-dən çox istiqamətdə müntəzəm və çarter reysləri həyata keçirir.
N.Abbasova