2015-ci il dövlət büdcəsi layihəsi Azərbaycanın uğurlu inkişafına zəmin yaradır. Bu barədə Milli Məclisin sədri Oqtay Əsədov “Azərbaycanın 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunmuş plaenar iclasda bəyan edib.
Onun sözlərinə görə, cari ilin doqquz ayının yekunları üzrə Azərbaycanda iqtisadi artım 2,3% təşkil edib.
“Makroiqtisadi proqnozlara əsasən, 2014-cü ilin yekunları üzrə ÜDM 59 mlrd. manat və ya $75,3 mlrd. təşkil edəcək. Bu, 2013-cü ilin göstəricisindən 3,6% çoxdur. Cari ilin sonuna kimi neft-qaz sahəsi istisna olmaqla, qalan bütün digər sahələrdə iqtisadiyyatın artımı müşahidə ediləcək”, - deyə O.Əsədov qeyd edib.
Spiker vurğulayıb ki, ilkin məlumatlara əsasən, ötən dövr ərzində büdcə 101,2% icra olunub.
“İlin əvvəlindən ölkə iqtisadiyyatına $24 mlrd.-dan artıq investisiya yatırılıb. Dövlətin valyuta ehtiyatları $3,6 mlrd. artaraq $53 mlrd.-ı ötüb”, - deyə o vurğulayıb.
R.Babayev