2014-cü ildə Azərbaycanda əmək münasibətlərinin qanuniləşdirilməsi üzrə işlər çərçivəsində işəgötürənlərə ümumilikdə 3,8 mln. manat məbləğində cərimə tətbiq edilib. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad
Səmədzadə bildirib.
“Bu, ötən ilin analoji dövrünün göstəricisindən 23 dəfə çoxdur”, - deyə Z.Səmədzadə çərşənbə axşamı parlamentdə “Azərbaycanın 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunmuş plenar iclasda qeyd edib.
Onun sözlərinə görə, 2014-cü ilin əvvəlindən 3,166 min işəgötürən cərimə olunub.
A.Axundov