Bakı Xətai Sənət Mərkəzində tanınmış ispaniyalı fotoqraf Gerald Kiernan Azərbaycan fotoqrafları üçün ustad dərsləri keçib. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Azərbaycan Fotoqraflar Birliyindən bildirilib ki, “İdeyanın fotoya çevrilişi” adlanan təlimdə ideya haqqında araşdırma, dizayn, studiya fotosu, layihənin icrasının təmin edilməsi, işıqlandırmanın qiymətləndirilməsi, istifadə olunan avadanlıqlar, interyer cəkilişlərində əşyaların quruluşu və düzülüşü və s. haqqında məlumat verilib.
Sonda G.Kiernan ustad dərslərində iştirak edənlərin suallarına cavab verib, Bakı Xətai Sənət Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyinə minnətdarlığını bildirib.
A.Zeydullayeva