Xarici işlər naziri Elmar Məmmədyarov və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansuri ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin dinamik surətdə inkişafından məmnunluq ifadə ediblər. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verir.
Tərəflər qeyd ediblər ki, Azərbaycan və BƏƏ ikitərəfli münasibətlərin böyük potensialına uyğun olaraq ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanlara malikdir.
Bakıda keçirilən görüş zamanı tərəflər, həmçinin siyasi münasibətlətin səviyyəsindən məmnunluq ifadə ediblər, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, birgə investisiya layihələri və nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
F.İsazadə