2 Fransa vətəndaşının Suriyada 19 nəfərin edam edilməsi prosesində iştirak etməsi faktı Parisdə təsdiq edilib. Bu barədə çərşənbə günü Fransa prezidenti Fransua Olland bəyan edib.
“Biz hələlik yalnız onu deyə bilərik ki, onların hər ikisi Fransa vətəndaşıdır”, - deyə o, Avstraliyada mətbuat konfransında bildirib.
F.Olland qeyd edib ki, onlardan birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. İkinci döyüşçünün şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə isə iş aprılır.
Daha öncə Fransada məlumat verilmişdi ki, bu fransızlardan biri - 22 yaşlı Maksim Oşar 2013-cü ildə döyüşmək üçün Suriyaya gedib.
Bazar günü İŞİD Suriyada ABŞ vətəndaşı Piter Kessiqin, eləcə də 18 nəfərin edamı prosesinin lentə alıdığı videonu nümayiş etdirib. Ekstremistlər onların suriyalı hərbçilər olduğunu bildiriblər. M.Oşarın digər həmvətəni ilə birlikdə məhz bu edamda iştirak etdiyi güman edilir.