2014-cü ilin III гübündə “Visa International” beynəlxalq ödəniş sisteminin Azərbaycanda əməliyyatlarının həcmi ötən ilin analoji rübünün göstəricisi ilə müqayisədə 68% artıb. Bu barədə “Visa” şirkətinin Azərbaycanda biznesin inkişafı üzrə meneceri
Nurlan Hacıyev çərşənbə günü mətbuat konfransında bildirib.
“Bu il “Visa”nın Azərbaycanda tətbiq etdiyi bir sıra innovasiyalar tranzaksiyaların sayı və əməliyyatların həcmini artırıb. Xüsusilə sentyabr ayında “McDonald`s" restoranlar şəbəkəsində kontaktsız ödənişlərin tətbiqinə başlanılıb”, - deyə N.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında qeyd edib.
Onun sözlərinə görə, 35 bank “Visa” kartlarının Azərbaycanda emitent bankıdır.
“Bu bankların sayı arta bilər. Bir sıra banklar “Visa” ilə əməkdaşlığa maraq göstərir”, - deyə o qeyd edib.
N.Hacıyev vurğulayıb ki, Azərbaycanda “Visa payWave” kontaktsız kartlar vasitəsilə əməliyyatların həyata keçirilməsi məqsədilə 5 emitent banka və 5 bank-
ekvayerə setifikatlar verilib. “İlin sonuna kimi bu cür bankların sayı artacaq”, - deyə o əlavə edib.
Bundan başqa, Azərbaycanda 9 bank “Visa Direct” pul köçürmələri sistemindən istifadə edir.
A.Axundov