Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Pakistan prezidenti Məmnun Hüsseyn ilə görüşəcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Məlumatda qeyd edilir ki, Z.Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Rəşad Mahmud və bu ölkənin müdafiə naziri Xavaca Məhəmməd Asiflə görüşlər keçirib.
Görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
F.İsazadə