Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus “Mi-24” helikopteri tərəfindən Azərbaycanın hava məkanının pozulması məsələsi qaldırılacaq. Bu barədə jurnalistlərə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev məlumat verib.
Deputat xatırladıb ki, ötən sessiyada Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri tərəfindən təşkilat üzvlərinə Ermənistan tərəfindən Dağlıq Qarabağ və ona bitişik rayonların işğalı, bu ölkənin silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin intensiv şəkildə pozulmasına dair qətnamə layihəsi təqdim edilib.
“Təbii ki, bu kontekstdə məsələ yenidən qaldırılacaq. Qeyd ediləcək ki, sülh prosesinə nə qədər gec dəstək veriləcəksə, bu cür problemlər bir o qədər tez- tez baş verəcək”, - deyəR.Rzayev bildirib.
F.İsazadə