Azərbaycan hökuməti 2015-ci il üçün nominal əmək haqqının 4,8% - 485,5 manata qədər artacağını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
“Proqnozlarımıza əsasən, 2018-ci ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 589,3 manata çatacaq”, - deyə nazirlikdən qeyd ediblər.
Nazirliyin proqnozlarına görə, 2015-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edəcək.
A.Əzizov