Prezident İlham Əliyev çərşənbə günü İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Nassar Al-Habaşnehin etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səfir ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Öz növbəsində İ.Əliyev Azərbaycan-İordaniya münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, onların daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Prezident iki ölkənin BMT-də və digər beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin önəmini qeyd edib.
Y.Əliyev