2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 17 mlrd. 471 mln. manatlıq ərzaq və qeyri-ərzaq malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 8 mlrd. 728,5 min manatlıq ərzaq (2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 3,3%), 8 mlrd. 742,5 min manatlıq (artım 16,1%) qeyri-ərzaq malları alıb.
2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinə 5 mlrd. 402,7 mln. manat məbləğində xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,6% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 74%-i və ya 4 mlrd. manatı hüquqi şəxslər tərəfindən göstərilib (artım 5,3%).
N.Abbasova