Azərbaycan və Əfqanıstan prezidentləri İlham Əliyev və Əşrəf Qəni iki ölkə arasında strateji əməkdaşlıq haqqında sazişin imzalanmasına dair razılığa gəliblər. Bu barədə Əfqanıstan prezidentinin mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, razılıq çərşənbə günü iki lider arasında telefon danışığı zamanı əldə edilib.
Ə.Qəni qeyd edib ki, Azərbaycan və Əfqanıstanı tarixən mədəni və dini əlaqələr bağlayır və Kabildə islahatlar və inkişaf sahəsində Azərbaycanın təcrübəsinə maraq göstərirlər.
Prezidentin sözlərinə görə, qeyd olunan sazişin hazırlanması üçün Əfqanıstanın ticarət və sənaye nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
F.Hüseynzadə