Rəsmi Vaşinqton Bakı və İrəvanı Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarını davam etdirməyə çağırır. Bu barədə cümə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan məlumat verib.
“Biz Ermənistanın “Mi-24” helikopterinin vurulmasına gətirib çıxaran hadisələrə görə təəssüf edirik və tərəfləri yenidən münaqişənin sülh yolu ilə nizamlanmasına dair danışıqları bərpa etməyə çağırırıq”,- deyə D.Hoqan qeyd edib.
O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında Soçi, Uels və Parisdə baş tutmuş danışıqlar məhsuldar olub.
“Bu görüşlərdə müəyyən irəliləyişlər əldə edilib. Biz tərəfləri bu irəliləyiş və razılaşmalara sadiq qalmağa və bunun nəticəsi olaraq hərtərəfli sülh sazişinə hazırlığa başlamağa çağırırıq”,- deyə o bildirib.
F.İsazadə