Noyabrın 26-da Koreya Respublikasının baş naziri Çun Xon Von Azərbaycana səfər edəcək. Bu barədə Koreya mətbuatı baş nazirin ofisinə istinadən məlumat yayıb. Səfərdə məqsəd iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı məsələləri müzakirə etməkdir.
Məlumatda deyilir ki, Çun Xon Von Azərbaycan rəhbərliyi ilə görüşlərdə infrastruktur, neft-kimya və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcək.
F.Hüseynzadə