Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunmuş anım tədbirləri təşkil edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fransa səfirliyindən məlumat verilib.
Noyabrın 25-də alman yazıçı Erix Mariya Remarkın “Qərb cəbhəsində dəyişiklik yoxdur” romanı əsasında çəkilmiş filmin nümayişi ilə ilk anım mərasimi başlayacaq.
Noyabrın 27-də Fəridə Məmmədovanın ifasında hərbi mövzuda mahnılardan ibarət konsert proqramı təşkil olunacaq.
Bundan başqa, tədbirlər çərçivəsində Birinci Dünya müharibəsi mövzusunda fotosərginin və kitabın təqdimatı olacaq.
A. Zeydullayeva