Cümə axşamı Azərbaycan Ordusunun hərbçisi atəşkəs rejiminin pozulması nəticəsində həlak olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Noyabrın 20-də saat 12:45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar. Düşmənlə atışmada Silahlı Qüvvələrimizin əsgəri, 1995-ci ildə Astara rayonunda anadan olmuş Rüstəm Əzizov döyüş postunda şəhid olub.
R.Babayev