AGBank, istifadəçilərini sevindirməyə davam edir. Bu dəfə “Həzz Kart” sahiblərini müxtəlif hədiyyələr gözləyir. Bunun üçün sadəcə stimullaşdırıcı lotereyada iştirak etmək kifayyətdir. 05.11.2014 – 05.12.2014 hesabat dövrü ərzində aparılan əməliyyatlar əsasında keçiriləcək lotereyada 2 uduş oynanılacaq. 6 dekabr tarixində baş tutacaq oyunun birinci uduşunda şanslı qaliblər 1 ədəd İphone 6 (16 Gb) smartfonu, ikinci uduşunda isə 1 ədəd İpad Air (16 GB) planşeti qazanmaq fürsətini əldə edəcəklər.
Bu da hələ son deyil, 10 yanvar 2015-ci il tarixində 06.12.2014 – 09.01.2015 hesabat dövrü ərzində keçirilən əməliyyatlar əsasında ikinci lotereya,07 Fevral 2015-ci il tarixində isə 10.01.2015 – 06.02.2015 hesabat dövrü ərzində keçirilən əməliyyatlar əsasında üçüncü lotereya oynanılacaqdır. Lakin fevral ayında keçiriləcək lotereyada “Həzz Kart” istifadəçilərini 3 uduş gözləyir. 1 ədəd İphone 6 (16 Gb) smartfonu, 1 ədəd İpad Air (16 GB) palnşeti və Dubay şəhərinə 2 nəfərlik səyahət. Səyahət paketinə aviabilet, mehmanxana, viza və transfer xərcləri daxildir. Bu səyahətə sahib olan şanslı qalib bayramına bayram qatmış olacaq. Belə ki, 3 gecə 4 gün davam edəcək səyahət Novruz bayramı günlərinə, 19 – 22 Mart tarixlərinə təsadüf edəcəkdir.
Şansınızı Həzz Kart-la sınayın!
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.
AGBank zəngin olmaq haqqınızdır!