Azərbaycan və Serbiya elm sahəsində əməkdaşlığa dair saziş imzalayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən məlumat verilib.
AMEA və Serbiya Elmlər və İncəsənət Akademiyası (SEİA) arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.
Bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin noyabrın 30-dan dekabrın 3-nə qədər Belqrada səfəri nəzərdə tutulub.
Səfər zamanı tərəflər elm və texnologiya sahəsində əməkdaşlığa dair saziş imzalayacaqlar.
Azərbaycan nümayəndə heyətinin səfəri SEİA-nın prezidenti, akademik Nikola Haydinin dəvəti ilə baş tutacaq.
A.Zeydullayeva