Cari ilin 9 ayı ərzində inzibati nəzarət qaydasında 49 mindən çox bələdiyyə aktı yoxlanılıb. Bu barədə ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Prezidentinin İşlər İdarəsinin rəsmi mətbu orqanı olan “Respublika” qəzetinə müsahibəsində bildirib.
“Nəticədə bəzi bələdiyyələrin fəaliyyətində cinayət xarakterli pozuntular, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar 26 fakt üzrə materiallar prokurorluğa göndərilib”, - deyə nazir qeyd edib.
F.Məmmədovun sözlərinə görə, qanunsuz ayrılmış 3,2 min hektardan çox torpaq sahəsinin geri qaytarılması təmin edilib.
R.Babayev