Azərbaycanda həyat sığortası üzrə xidmət göstərən şirkətlər 2014-cü ilin yanvar-oktyabr aylarında sığorta haqqı yığımını ötən ilin analoji dövrü ilə müqayisədə 49,1% - 84 mln. 932 min 350,47 manatadək artırıblar.
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına əsasən, cari ilin yanvar-oktyabr aylarında həyat sığortası üzrə ixtisaslaşmış 3 sığorta şirkəti sığorta bazarında sığorta haqlarının 23,86%-ni təmin edib.
Hesabat dövründə şirkətlərin ödənişləri 25 mln. 527 min 289,01 manat (artım 7,6 dəfə), xüsusi çəki sığortaçıların bütün ödənişlərinin 19,42%-ni təşkil edib.
SIĞORTA ŞİRKƏTİ | SIĞORTA HAQLARI |
ÖDƏNİŞLƏR |
“Atəşgah Həyat Sığorta” | 32 613 994,72 | 21 590 926,04 |
“PAŞA Həyat Sığorta” | 35142270,79 | 2 455 719,81 |
“Qala Həyat” | 17 176 084,96 | 1480 643,16 |
Ümumilikdə Azərbaycanda 27 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.
A.Axundov