“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə ölkədə keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”na Samux rayonu da qoşulub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Samux rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kampaniya çərçivəsində ümumilikdə 4 mindən artıq eldar şamı, küknar və dekorativ kol bitkiləri əkilib.
“Yol kənarlarında mövcud olan ağacların və yeni əkilən tinglərin suvarılması üçün su arxları çəkilib. Rayon ictimaiyyəti aksiyada fəal iştirak edir”, – deyə məlumatda qeyd edilir.
“Ümumrespublika yaşıllaşdırma marafonu” çərçivəsində Samux rayonunun bir neçə kənd və qəsəbəsində ağacəkmə kampaniyasının keçirilməsi nəzərdə tutulub.
F.Mehdiyev