Bakının Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Ələt-Astara magistral yolunun Qaradağ rayonundan keçən hissəsində “Mercedes” markalı avtomobil yol kənarında dayanmış “Shacman" markalı yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşınının sürücüsü, İsmayıllı rayon sakini Fəxrəddin Babayev və onun sərnişinləri Əziz Mutalov və İslam Rəhimov hadisə yerində həlak olublar. Daha 2 nəfər ağır bədən xəsarətləri ilə 1 saylı kliniki xəstəxanaya çatdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
C.Həmidov