“Bakı Sığorta” şirkəti filial şəbəkəsini genişləndirir. Bu barədə şirkətin məlumatında bildirilir.
“Əhmədli” filialı Bakının Xətai rayonunda S.Ə.Şirvani 2B ünvanında fəaliyyətə başlayıb.
Bu, sığorta şirkətinin müştərilərə xidmətin keyfiyyətinin və operativliyinin artırılması məqsədi ilə Bakıda açılmış üçüncü filialıdır.
Məlumatda qeyd edilir ki, “Bakı Sığorta” filial şəbəkəsini genişləndirməyi planlaşdırır. Şirkət yaxın vaxtlarda Bakıda və bölgələrdə yeni filiallar açmağı nəzərdə tutur.
“Bakı Sığorta” şirkəti 2007-ci il oktyabrın 1-də fəaliyyətə başlayıb. Şirkətin səhmdarları 4 hüquqi və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 8 mln. 373,680 min manata bərabərdir.
2014-cü ilin yanvar-oktyabr aylarında “Bakı Sığorta” şirkəti 2 mln. 971,165 min manat sığorta haqqı toplayıb, 1 mln. 963,317 min manat məbləğində isə ödəniş edib.
A.Əzizov