Azərbaycan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimov vəzifədən sui-istifadə və mənimsəmə faktlarında şübhəli qismində həbs edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
M.Səlimov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi qaldırılıb.
Məhkəmənin qərarı müdafiə nazirinin keçmiş müavini barəsində həbs qətimkan tədbiri seçilib.
M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.
R.Babayev