Noyabrın 24-dən 29-dək Avropanın nüfuzlu telekanallarından biri olan “Euronews”un nümayəndələri İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşları üçün ustad dərsləri keçirəcəklər. Bu barədə İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Hər iki telekanal arasında bağlanmış müqaviləyə əsasən, “Euronews”un Xarici əlaqələr üzrə redaksiyasının rəhbəri Jutta Scheffer və İstanbul şöbəsinin müxbiri Bora Bayraktar Bakıya gəlib.
Birinci mərhələdə ustad dərsləri “Carçı” xəbərlər proqramının reportyorları üçün nəzərdə tutulub. Gələn ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulan ustad dərslərindən isə İTV-nin aparıcıları yararlana biləcəklər.
F.Hüseynzadə