Son iki gün ərzində Lənkərana yağan leysan yağışlar rayona xeyli ziyan vurub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
İntensiv yağışlar nəticəsində çaylarda suyun səviyyəsi qalxıb, nəticədə minə yaxın evi su basıb. Həmçinin təbii fəlakət nəticəsində 3 piyada və 1 avtomobil körpüsünə, o cümlədən elektrik xətlərinə ziyan dəyib. Şiləvar, Digah, Göyşaban, Ürgə, Girdəni, Kərgəlan və Sutamurdov kəndlərini su basıb, kənd təsərrüfatına xeyli ziyan dəyib.
Təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hallar Nazirliyinin regional mərkəzinin əməkdaşları cəlb olunublar, onlar yerli sakinləri daha təhlükəsiz yerlərə təxliyə edirlər.
K.Qənbərova