1 oktyabr 2014-cü il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $53,7 mlrd. təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir. İcmal AMB-nin saytında dərc edilib.
Xəbər verildiyi kimi, 2013-cü ilin yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatları $50 mlrd. 232 mln. təşkil edib. Beləliklə, 2014-cü ilin yanvar-sentyabr aylarında respublikanın strateji valyuta ehtiyatları 7% artıb.
“Ölkənin strateji valyuta ehtiyatları təxminən 3 illik mal və xidmətlərin idxalına kifayət edir”, - deyə sənəddə qeyd olunur.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.
A.Axundov