Noyabrın 26-29-da Azərbaycan, Gürcüstan və Türkiyə parlamentlərinin Xarici əlaqələr komitələrinin nümayəndələri Tbilisidə görüşəcəklər. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Tədbirdə Azərbaycanı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Asim Mollazadə və Rasim Musabəyov təmsil edəcəklər.
Azərbaycanlı deputatlar görüşdə öz xarici həmkarlarını Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin fəaliyyəti, yeni qanun layihələri, qəbul edilmiş sənədlər və qanunvericilik sahəsində əldə edilmiş nailiyyətlərlə tanış edəcəklər.
R.Babayev