Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) informasiya texnologiyaları avadanlıqları və məlumat bazası üçün lisenziya alır. Bu barədə ƏMDK-nın elanında bildirilir.
Tender Dünya Bankının krediti hesabına maliyyələşdirilən “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində keçirilir.
Tenderdə müvafiq maddi, texniki imkanlara və kadr potensialına malik olan şirkətlər iştirak edə bilərlər. İddiaçılar son 5 ildə $6 mln. məbləğində orta illik dövriyyəyə və serverlər, kommunikasiya avadanlığı və oxşar sistemlər üçün standart proqram təminatına lisenziyanın təmin edilməsi üzrə $4,5 mln. dəyərində ən azı bir sifariş yerinə yetirmək təcrübəsinə malik olmalıdır.
Tenderdə iştirak haqqı $300 və ya 250 manatdır.
Şirkətlərin tender təklifləri 2015-ci il yanvarın 12-nə qədər qəbul edilir. Tender proseduru yanvarın 12-də keçiriləcək.
N.Abbasova