Bu gün BMT-nin Sənaye İnkişaf Təşkilatı (UNİDO) və Azərbaycan hökuməti arasında 2014-2018-ci illərdə əməkdaşlığa dair çərçivə proqramı imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri imzalanma mərasimindən xəbər verir.
Sənəd Bakı Beynəlxalq Sənaye Konfransı çərçivəsində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və UNİDO-nun investisiya və texnologiyaların dəstəklənməsi şöbəsinin direktoru Məhəmməd Lamine Daoui tərəfindən imzalanıb.
UNİDO-nun baş direktoru Li Yonq konfrans iştirakçılarına videomüraciətində qeyd edib ki, sənəd Azərbaycanda sənayenin inklüziv və dayanıqlı inkişafına kömək edəcək. Onun sözlərinə görə, sənəd Azərbaycanın 2020-ci il üçün inkişaf prioritetlərinə uyğun işlənib hazırlanıb.
A.Axundov