Azərbaycanda şüşə istehsalı zavodu inşa ediləcək. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çərşənbə günü
Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq sənaye konfransında bildirib.
“Hazırda sənaye parklarının birində şüşə istehsalı zavodunun inşası məsələsi müzakirə olunur”, - deyə Ş.Mustafayev qeyd edib.
Onun sözlərinə görə, indi Azərbaycanda polad istehsalı kompleksinin yaradılması üzrə işlər aparılır. “Kompleks çərçivəsində 3-4 il ərzində 5 zavod inşa olunacaq. İstehsalın illik həcmi 1 mln. ton polad təşkil edəcək”, - deyə nazir bəyan edib.
Ş.Mustafayev əlavə edib ki, respublikada, həmçinin polimer istehsalı və karbomid zavodunun tikintisi, neft-qaz emalı və neft-kimya kompleksinin yaradılması istiqamətində də iş aparılır.
A.Axundov