Suriya Hərbi Hava Qüvvələrinin ölkənin şimalında yerləşən Rakka şəhərinə endirdiyi hava zərbələri 95 nəfərin ölümünə səbəb olub. Bu barədə çərşənbə günü Suriya İnsan Hüquqları üzrə Müşahidə Şurası məlumat verib.
Daha 120 nəfər yaralanıb.
Hüquq müdafiəçilərinin yenilənən məlumatlarına əsasən, həlak olanların ən azı 52 nəfəri dinc sakinlər, o cümlədən 3-ü qadın, 4-ü yeniyetmədir.
Bundan əvvəl Rakkada 63 nəfərin həlak olması barədə məlumat verilmişdi.
Hazırda bu şəhər radikal “İslam dövləti” qruplaşmasının əsas dayaq məntəqəsidir.