Çərşənbə günü Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən məsciddə yanğın baş verib. Bu barədə ANS telekanalının saytında məlumat verilir.
Ümumi ərazisi 300 kvadratmetr olan məscidin 5 kvadratmetrlik hissəsində xalça və palaz yanıb.
Yanğının söndürülməsinə 3 yanğınsöndürən briqada cəlb olunub. Alov qısa vaxt ərzində söndürülüb.
Y.Əliyev