Azərbaycan prezidenti İlham Əliyev noyabrın 26-da Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident Azərbaycan ilə Qvatemala arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyən İ.Əliyev ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün də imkanların araşdırılmasının vacibliyini qeyd edib. Dövlətim başçısı səfirin bu əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Səfir Herbert Estuardo Meneses Koronado Qvatemala prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
Həmin gün dövlət başçısı Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançezin etimadnaməsini də qəbul edib.
Azərbaycan ilə Filippin arasında ikitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndirən İ.Əliyev əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Y.Əliyev