“AzSığorta” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşlarını könüllü tibbi sığorta üzrə sığortalayıb. Bu barədə bankın məlumatında qeyd edilir.
““AzSığorta” ASC müvafiq tenderin qalibi olub”, - deyə məlumatda deyilir.
Xəbər verildiyi kimi, şərtlərə əsasən, AMB əməkdaşlarının tibbi sığortası üzrə tenderin qalibi 2014-cü il noyabrın 27-dən etibarən 12 ay ərzində xidmətlər göstərməlidir.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət üçün lisenziya alıb və sığorta haqlarının yığımına görə aparıcı şirkətlərin beşliyinə daxildir. Şirkətin səhmdarı 1 fiziki şəxsdir. Nizamnamə kapitalı 20,3 mln. manata bərabərdir.
2014-cü ilin yanvar-oktyabr ayları ərzində şirkətin sığorta haqları 30,7 mln. manat, ödənişləri 8,2 mln. manat təşkil edib.
A.Əzizov