SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Darvin bankası” yatağında yeni quyunun qazmasına başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında məlumat verilir.
Layihə dərinliyi 1540 metr təşkil edən 770 nömrəli quyu yataqdakı 670 nömrəli meydançadan qazılır.
Quyudan sutkada 5 ton neft hasil ediləcəyi gözlənilir.
Qazma işləri SOCAR-ın “Abşeronneft” NQÇİ-nin sifarişi ilə həyat keçirilir.
“Darvin bankası” yatağı 1950-ci ildən “Abşeronneft” NQÇİ tərəfindən işlənilir. Yatağın qalıq neft ehtiyatları 3 mln. ton təşkil edir.
N.Abbasova