Lənkəranda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbirin məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, sosial problemlərin həll edilməsidir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, bölgə qazisi Qəni Axundzadə, dindar və ilahiyyatçılar iştirak ediblər.
M.Qurbanlı çıxışında Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib.
“Bu gün ölkəmizdə dövlətlə din arasındakı münasibətlər çox yüksək səviyyədədir. Respublikada dini etiqad azadlığı təmin edilib”, - deyə o bildirib.
Komitə sədri deyib ki, ölkənin xarici təsirlərdən qorunması məsələsində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.
K.Qənbərova