Azərbaycan və Rusiya əczaçılıq və neft maşınqayırması sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov arasında keçirilən görüşdə əczaçılıq və neft maşınqayırması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Bundan başqa, görüşdə tərəflər sənaye parklarına dair fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycanda sənaye parklarında yaradılan əlverişli şərait, rezidentlər üçün güzəştlərin tətbiqi iş adamlarına əməkdaşlıq üçün geniş imkanlar yaradır.
A.Əzizov