Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
R.Babayev