Azərbaycan prezidenti İlham Əliyev cümə günü Malta Respublikasının yeni səfiri Con Debononun etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev iki dövlət arasında mövcud olan münasibətlərin səviyyəsini yüksək qiymətləndirib.
Enerji sektorunda əməkdaşlığımızın artıq mövcud olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərin digər sahələrdə də genişləndirilməsinin zəruriliyini qeyd edib.
Öz növbəsində C.Debono Maltanın Azərbaycanla ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə genişləndirməkdə maraqlı olduğunu deyib.
İ.Əliyev cümə axşamı İspaniya Krallığının yeni təyin olunmuş səfiri Rafael Mendivil Peydronun da etimadnaməsini qəbul edib.
Prezident iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə fəal əməkdaşlığın, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib.
Görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev