Dünya futbolunun əfsanəsi Pele 2015-ci ilin əvvəlində Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə ABŞ mətbuatı futbolçunun nümayəndəsi Pol Kemsliyə istinadən məlumat verir.
Kemslinin sözlərinə görə, tezliklə futbolçu tam sağalacaq. O, qarşıdan gələn bayramları ailəsi ilə keçirməyi planlaşdırır, yeni ildə isə dünya üzrə bir sıra səfərlər etmək niyyətindədir. Belə ki, gələn ilin əvvəlindən futbolçu Avstarliya, Çin, Nigeriya və Azərbaycana səfər etməyi planlaşdırır.
ABŞ mətbuatı Pelenin bəyanatından da sitat gətirir: “Qarşıdan gələn bayramları ailəmlə keçirəcəyim və Yeni ili yaxşılaşan səhhətimlə və artıq planlaşdırılan çoxsaylı xarici səfərlərlə başlayacağım vaxtı səbirsizliklə gözləyirəm”.
F.Hüseynzadə