Azərbaycanın Monteneqroda uğurla həyata keçirdiyi layihələr iki ölkə arasında investisiyalar sahəsində gələcək əməkdaşlığın möhkəmlənməsi üçün yaxşı zəmin yaradır. Monteneqronun baş naziri Milo Cukanoviç Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovla görüş zamanı belə söyləyib.
Baş nazirin saytında bildirilir ki, görüşdə Azərbaycan və Monteneqro arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub, M.Cukanoviçin Bakıya bu yaxınlarda baş tutan səfərinin məhsuldar nəticələrinə xüsusi diqqət çəkilib.
Səfir Eldar Qasımov Azərbaycanın Monteneqronun dəniz sahili hissəsində trafikin keyfiyyətinin yüksəldilməsinə, həmçinin Tivat və Herseq-Novi şəhərlərinin bələdiyyələri arasında turizm kurortlarının inkişafının dəstəklənməsinə yönəlmiş infrastruktur layihələrinin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə tərəflər enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün SOCAR-ın regional mərkəzinin yaradılması təşəbbüsünü də müzakirə ediblər.
F.Hüseynzadə