Belçika şirkətləri Azərbaycanda süd istehsalı və emalı sahəsində layihələr həyata keçirməyə maraq göstərirlər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Qeyd edilir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Belçikanın "Soltech", "DUCATT" və "SCHERJON" şirkətlərinin nümayəndələri ilə görüşüb.
Görüşdə bildirilib ki, Belçika şirkətləri Azərbaycanla süd istehsalı və emalı sahəsində əməkdaşlıqda maraqlıdırlar və bu istiqamətdə təkliflərini təqdim ediblər.
H.Əsədovun fikrincə, bu təkliflər Azərbaycanda süd istehsalının həcminin artırılmasına yönəlib və ölkədə yeni iş yerlərinin açılmasına, kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına imkan verəcək.
Bununla əlaqədar olaraq o deyib ki, nazirlik belə layihələrin həyata keçirilməsində Belçika şirkətlərinə kömək etməyə hazırdır.
A.Əzizozv