Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) 10 ay ərzində 25 mindən çox şəxsi işlə təmin edib. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Belə ki, Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki əmək birjaları tərəfindən cari ilin yanvar-oktyabr aylarında 3,57 min nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin olunub. Həmin şəxslərin 1,81 min nəfərini qadınlar təşkil edib.
Ümumilikdə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 22,932 min nəfər münasib işlə təmin edilib, 1,297 min nəfər haqqı ödənilən ictimai işlərə, 2,982 min nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Bundan başqa, 74,215 min nəfər vətəndaşa, əsasən də orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə peşəyönümü məsləhətləri və əmək bazarında işəgötürənlərin bugünkü tələbləri haqqında geniş və ətraflı məlumatlar verilib.
R.Babayev