İtaliyanın Florensiya şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VIII toplantısı keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
Toplantıda mərkəzin həmsədrləri - Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, o cümlədən Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonen və Serbiyanın eks-prezidenti Boris Tadiç iştirak ediblər.
Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hesabatı dinlənilib, təşkilatın 2015-ci il üçün nəzərdə tutulan büdcəsi, N.Gəncəvi irsinin araşdırılması, “Xəmsə”nin xarici dillərdə nəşri məsələləri, 2015-ci ilin aprel ayında keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib.
Qeyd edək ki, 2012-ci ildə Gəncə şəhərində təsis olunmuş mərkəzin əsas məqsədiAzərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması və dünyada təbliğ olunmasıdır.
R.Babayev