Dekabrın 1-dən Bakı Beynəlxalq Hava Limanından bütün beynəlxalq reyslər yeni terminaldan həyata keçiriləcək. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.
“2014-cü il dekabrın 1-dən bütün beynəlxalq müntəzəm reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1 nömrəli terminalından həyata keçiriləcək. 2 nömrəli terminal Naxçıvandan aviareyslərin yerinə yetirilməsi üçün istifadə olunacaq”,- deyə cəmiyyətdən bildirilib.
Xəbər verildiyi kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı 2014-cü il aprelin 23-də olub. Kompleks ildə 6 milyon sərnişin daşıma gücünə malikdir. 2014-cü il iyulun 14-dən hava limanının 1 nömrəli terminalından beynəlxalq reyslər yalnız AZAL tərəfindən həyata keçirilib.
N.Abbasova