Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılmış vəsaitin ümumi məbləği 60 mln. manata yaxındır.
Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş məlumata əsasən, fonda dekabrın 1-dək 59 mln. 196 min 80 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.
Müdafiə Nazirliyi fondda toplanmış vəsaitlər barədə məlumatla yanaşı, bank rekvizitlərini də dərc edib və arzu edənlər vəsait köçürə bilərlər. Həmin vəsaitlər Silahlı Qüvvələrin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi, eləcə də hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə istifadə olunur.
Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb.
F.İsazadə