Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 69 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (24-30 noyabr) baş vermiş bədbəxt hadisələr nəticəsində 7 nəfər həlak olub, 18 nəfər bədən xəsarətləri alıb (zəhərlənib), həmçinin 2 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 6 nəfər qətldə, 10 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 2 nəfər qarətdə, 35 nəfər oğurluqda, 4 nəfər dələduzluqda, 1 nəfər avtomobil qaçırmaqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 5 fakt qeydə alınıb.
C.Həmidov