Ötən həftə Azərbaycanın yollarında baş vermiş yol-nəqliyyat hadisələri 27 nəfərin həyatına son qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən həftə ərzində respublikada baş vermiş 43 yol qəzası nəticəsində 57 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzası Abşeron rayonunda baş verib. "Mercedes" markalı avtomobil yol kənarında saxlanılmış «Hovo» markalı yük maşınına çırpılıb. Nəticədə 3 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Bundan başqa, Qax rayonunda "VAZ-2103" markalı avtomobil ağaca çırpılıb. Nəticədə 2 nəfər həlak olub, 1 nəfər xəsarət alıb.